Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Bizim.Media xəbər verir ki, bu uğura boksçu Alfonso Dominqes imza atıb.
O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Rusiya idmançısı İmam Xatayevə qalib gəlib.
Bu qələbə həm 1/2 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.
Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 26-ya çatıb. Dominqes bu siyahıda üçüncü boksçudur. Onadək Tayfur Əliyevlə (57 kq) Cavid Çələbiyev (63 kq) də bu hüquqa yiyələnib.
Boksçulardan başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçiləri Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq), qadın güləşçilər Mariya Stadniklə (50 kq) Elis Manolova (68 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya), badmintonçu Edi Reski Dviçayo da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:59 / 05.06.2021
Azərbaycanın daha bir boksçusu Tokio-2020-yə vəsiqə qazandı
Hazırda oxunan: Azərbaycanın daha bir boksçusu Tokio-2020-yə vəsiqə qazandı
Hazırda oxunan: Azərbaycanın daha bir boksçusu Tokio-2020-yə vəsiqə qazandı
23698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.