Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazandı - VİDEO

Hazırda oxunan: Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazandı - VİDEO

236888

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb. 

Bizim.Media xəbər verir ki,  Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsinin cavab oyununda "Səbail"lə üz-üzə gəlib. 

Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib. 13-cü dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb. İki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "dənizçilər"də Emin Rüstəmov avtoqol müəllifi olub. 55-ci dəqiqədə Nəriman Axundzadə üçüncü topu paytaxt klubunun qapısından keçirib. 

Ölkə çempionu ilk matçda da rəqibinə qalib gəlmişdi - 1:0. 

"Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun 0:1) cütünün qalibi ilə üz-üzə gələcək. 

Bu gün saat 19:30-da "Sumqayıt" - "Sabah" qarşılaşması start götürəcək. 

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq. 

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin