Bu gün Azərbaycan Basketbol Liqasında XV tura start verilib.
Bizim.Media xəbər verir ki, milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilədən sonrakı ilk oyun günündə bir matç baş tutub.
Yeganə qarşılaşma A qrupunda keçirilib. Turnir cədvəlindəki qonşular “Neftçi” və “Abşeron” qarşılaşıb. Oyun Bakı İdman Sarayında təşkil olunub. Görüş "ağ-qaralar"ın üstünlüyü ilə keçib. Bütün dövrlərdə rəqibini üstəyən "Neftçi" 80:58 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XV tur
26 fevral
A qrupu
19:00. “Neftçi” – “Abşeron” - 80:58 (19:18, 20:14, 23:9, 18:15)
Bakı İS
1 Sabah 14 11 3 1152-979 25
2 Naxçıvan 14 10 4 1099-1063 24
3 Neftçi 15 7 8 1049-1058 22
4 Abşeron 15 6 9 1091-1198 21
5 Sərhədçi 14 5 9 970-920 19
6 NTD 14 4 9 1084-1195 18
Rəşad Rafiqoğlu, Bizim.Media