"Real"dan AYRILIR

Hazırda oxunan: "Real"dan AYRILIR

236749

"Real"ın futbolçusu Xesus Valyexo sıradan çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 
 

İspaniyalı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Madrid təmsilçisi oyunçunun xroniki əzələ zədələrinə görə onunla yollarını ayırmaq niyyətindədir. 28 yaşlı müdafiəçinin yayda müqaviləsi bitəcək və o, azad agent statusunda klubu tərk edəcək. 


Qeyd edək ki, Xesus Valyexo bu mövsüm "Real"ın heyətində 1 oyuna çıxıb. O, 2015-ci ildə "Saraqosa"dan Kral klubuna transfer olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin