Antoninin qırmızı vərəqəsi LƏĞV OLUNDU

Hazırda oxunan: Antoninin qırmızı vərəqəsi LƏĞV OLUNDU

236743

İspaniya Futbol Federasiyası "Betis"in hücumçusu Antoninin La Liganın son turunda "Xetafe" ilə görüşdə aldığı qırmızı vərəqəni ləğv edib. 

Bizim.Media xəbər ki, braziliyalı futbolçunun 90+5-ci dəqiqədə rəqibə qarşı arxadan həmləsi hakimin qeyd etdiyindən fərqli olaraq, "kobud oyun"dan "təhlükəli oyun"a dəyişdirilib.

Beləliklə, Antoni cəzadan yaxasını qurtara bilib. O, La Liganın növbəti turunda Madrid "Real"ına qarşı forma geyinə bilər.

Xatırladaq ki, Antoni uğursuz karyeradan sonra ötən ay "Mançester Yunayted"dən "Betis"ə icarəyə verilib. İstedadlı hücumçu yeni komandasında 4 oyuna 3 qol vurub, 2 assist edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin