“Hitech Grand Prix” komandasının pilotu Jüri Vips Bakıda Formula 2 yarışlarının ikinci sprint yürüşünün qalibi olub.
Bizim.Media xəbər verir ki, “Charouz Racing System”in üzvü David Bekmann yarışı ikinci, Cehan Daruvala (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”in sürücüsü Theo Pourçaire üçüncü yerdə başa vurublar.
Daha sonra Formula 2 yarışının sıralanma turu keçirilib. “Hitech Grand Prix” komandasının pilotu Liam Layson sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü pillədə qərarlaşıblar.
Birinci sprint yarışında isə “Prema Racing” komandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlin”in üzvü Dan Tiktum və “UNİ-Virtuosi” komandasının pilotu Guanyu Zhou yarışı ilk üçlükdə tamamlayıblar.
Üçüncü yarış iyunun 6-da saat 12:45-də start götürəcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar.
Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:20 / 05.06.2021
Jüri Vips “Formula 2”də ikinci sprint yürüşünün qalibi oldu
Hazırda oxunan: Jüri Vips “Formula 2”də ikinci sprint yürüşünün qalibi oldu
Hazırda oxunan: Jüri Vips “Formula 2”də ikinci sprint yürüşünün qalibi oldu
23674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.