“Araz Naxçıvan”ın zədəli futbolçuları komandaya QOŞULDU

Hazırda oxunan: “Araz Naxçıvan”ın zədəli futbolçuları komandaya QOŞULDU

236730

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə" ilə qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.

Bizim.Media xəbər verir ki, məşqdən əvvəl keçirilən iclas zamanı Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi yad edilib, faciə ilə bağlı futbolçulara məlumat verilib. 

Zədəli futbolçulardan Bəxtiyar Həsənalızadənin ardınca Ömər Buludov da komanda ilə birgə məşqlərdə iştirak edir.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda "Araz-Naxçıvan" 1:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin