“Fənərbağça” kapitanı ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: “Fənərbağça” kapitanı ilə bağlı QƏRAR VERDİ

236696

"Fənərbaxça" mövsümün sonunda klubla müqaviləsi başa çatan kapitan Edin Ceko ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi bosniya və herseqovinalı hücumçunu komandada saxlamaq istəyir.

"Fənərbaxça" 38 yaşlı forvarda 1 illik yeni müqavilə təklif edəcək. Super Liqa təmsilçisi qarşıdakı günlərdə təcrübəli futbolçunun meneceri Alessandro Luççi ilə görüşərək sözləşmə şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin