“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti türkiyəli milli futbolçu Arda Gülərin niyə uzun müddətdir matça çıxmadığına dair açıqlama verib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, o, 19 yaşlı futbolçunun zamana ehtiyacı olduğunu bildirib.
Ançelotti mətbuat konfransında bu vəziyyətin yalnız Arda üçün deyil, bütün gənc futbolçular üçün bir proses olduğunu qeyd edib:
"Bu, onun və bütün gənc oyunçular üçün olan bir prosesdir. Eyni şey Rodriqo, Valverde və Vinisius ilə də yaşandı. Arda Gülər hadisəsi deyə bir şey yoxdur. O, dünyanın ən yaxşı komandalarından birində oynamaq üçün zamana ehtiyac duyur və bunu hər kəs başa düşməlidir" .
Baş məşqçi həmçinin komandadakı gənc oyunçular, o cümlədən Arda və Endrik ilə hər gün danışdığını, lakin onların psixoloji vəziyyətlərinin dəyişməsinin normal olduğunu vurğulayıb:
"Oyunçular oynayanda xoşbəxt olurlar. Onların oynamaq istəməsi təbiidir, amma bunun üçün çox çalışmalı və inkişaf etməlidirlər" .
Qeyd edək ki, bu mövsüm 27 matçda forma geyinən Arda Gülər ümumilikdə 967 dəqiqə meydanda olub. O, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Gənc futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir və onun 2029-cu ilə qədər “Real Madrid” ilə müqaviləsi var.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:17 / 26.02.2025
Ançelotti Arda Gülərin matça çıxmamağının səbəbini AÇIQLADI - FOTO
Hazırda oxunan: Ançelotti Arda Gülərin matça çıxmamağının səbəbini AÇIQLADI - FOTO
Hazırda oxunan: Ançelotti Arda Gülərin matça çıxmamağının səbəbini AÇIQLADI - FOTO
236678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.