Azərbaycan Qran-prisində sıralama turunu Lekler qazandı

Hazırda oxunan: Azərbaycan Qran-prisində sıralama turunu Lekler qazandı

23661

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi məlum olub.

Bizim.Media xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə ikinci olub. Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin