"Barselona"nın futbolçusu Lamin Yamal İspaniya kubokunun yarımfinalında "Atletiko" matç üçün hazırdır.
Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 17 yaşlı vinger La Liqanın 25-ci turunda "Las Palmas"la matçda (2:0) zədələnmişdi.
O, bu şəbədən komandanın dünən keçirilən məşqində iştirak etməyib. Lakin hazırda İspaniya millisinin üzvü bərpa olunub. Beləliklə, futbolçunun oyunda iştirak etməsi Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin qərarından asılı olacaq.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 33 matça çıxaraq 11 qol vurub və 16 qolun ötürməsini edib.
"Barselona" - "Atletiko" matçı bu gün Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.
Bizim.Media