PFL qara görə bu oyunun yerini DƏYİŞDİ

Hazırda oxunan: PFL qara görə bu oyunun yerini DƏYİŞDİ

236550

Son günlərdə qar yağışı xüsusən ölkənin şimal-qərb bölgəsində intensiv olub. Bu səbəbdən də Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə qarın altında qalıb və onu təmizləmək də mümkünsüzə çevrilib.

Bizim.Media xəbər verir ki, bu məqamı nəzərə alan Peşəkar Futbol Liqası “Zaqatala” PFK-nın müraciəti və MOİK-in də razılığı əsasında I Liqanın 16-cı turu çərçivəsində fevralın 28-də keçirilməli olan “Zaqatala” – MOİK oyununun yerini III dövrədə baş tutacaq, 24-cü turun MOİK – “Zaqatala” görüşünün məkanı ilə dəyişmək qərarına gəlib.

Beləliklə, fevralın 28-də MOİK rəqibini Binə qəsəbə stadionunda qəbul edəcək.

Oyunun başlama saatı dəyişməz olaraq qalır. Qarşılaşma saat 14:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin