Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı

Hazırda oxunan: Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı

23654

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Bizim.Media xəbər verir ki, bu uğura boksçu Cavid Çələbiyev imza atıb.

O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda İrlandiya idmançısı Corc Batesə qalib gəlib.

Bu qələbə həm 1/4 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub. Bu çəki dərəcəsində turnirin 8 ən yaxşısı Yaponiya paytaxtında iştirak hüququ qazanır.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 25-ə çatıb. Çələbiyev bu siyahıda ikinci boksçudur. Onadək Tayfur Əliyev (57 kq) də bu hüquqa yiyələnib.

Boksçulardan başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçiləri Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq), qadın güləşçilər Mariya Stadniklə (50 kq) Elis Manolova (68 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya), badmintonçu Edi Reski Dviçayo da Tokio-2020-yə lisenziyaya sahib olublar.

Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin