"Qalatasaray" "Fənərbağça" ilə qarşılaşmadan sonra rəqibin baş məşqçisi Joze Mourinyonu irqçilikdə ittiham edib.
Bizim.Media xəbər verir ki, Türkiyə çempionatının 25-ci turunda İstanbul derbisi heç-heçə başa çatıb (0:0).
Mourinyo matçdan sonra "Qalatasaray"ın futbolçularının və məşqçilər korpusunun davranışını tənqid edib:
“Hakimə təşəkkür etməliyəm. Haqqında danışdığım situasiyada rəqibin skamyasında oturanların hamısı meymun kimi tullanırdı. Oyunu türkiyəli hakim idarə etsəydi, Yusuf Akçiçek ilk dəqiqədə vərəqə alacaqdı, mən isə 5-ci dəqiqədə onu əvəz etməli olacaqdım”.
"Qalatasaray" Mourinyonun sözlərini türk xalqına qarşı hörmətsizlik adlandıran bəyanat yayıb:
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyədə fəaliyyətə başladığı gündən türk xalqı haqqında daim aşağılayıcı açıqlamalar verib. Bu gün onun açıqlamaları əxlaqdan kənar şərhlərdən artıq qeyri-insani ritorikaya çevrilib".
"Sarı-qırmızılı" klub portuqaliyalı məşqçidən şikayət edəcəklərini bildirib:
"Joze Mourinyonun irqçi bəyanatları ilə bağlı cinayət işi başlamaq, həmçinin UEFA və FIFA-ya rəsmi şikayətlər göndərmək niyyətində olduğumuzu rəsmən bəyan edirik".
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:15 / 25.02.2025
“Qalatasaray” Maurinyonu məhkəməyə VERƏCƏK
Hazırda oxunan: “Qalatasaray” Maurinyonu məhkəməyə VERƏCƏK
Hazırda oxunan: “Qalatasaray” Maurinyonu məhkəməyə VERƏCƏK
236446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.