Ailəsi ilə Almaniyada yaşayan 9 yaşlı şahmatçı Sona Bəşirova Berlində ikiqat çempion olub. Gənc istedad artıq ikinci ildir Almaniya paytaxtının çempionu titulunu qazanır.
Bizim.Media xəbər verir ki, Sona Bəşirova DSAM (Həvəskarlar arasında Almaniya Açıq Çempionatı) finalına, Almaniyanın 10 yaşadək ümumi çempionatına və 10 yaşadək qızlar arasında keçirilən çempionata vəsiqə qazanıb. İstedadlı şahmatçı heç bir oyunda məğlub olmayaraq, 5 mümkün xaldan 4,5 xal toplayaraq birinci yeri qazanıb və bununla da Berlinin ikiqat çempionu olub.
Bundan bir neçə gün əvvəl o, Berlində 10 yaşadək uşaqlar arasında keçirilən açıq çempionatında 3-cü yerə layiq görülüb. S.Bəşirova burada yeganə qız iştirakçı olub. Ondan əvvəl isə Sona Potsdam şəhərində DSAM çərçivəsində böyüklər arasında keçirilmiş turnirdə öz qrupunda qalib olub.
Sona hər gün 3-5 saat turnirə hazırlaşıb. O bildirib ki, “ötənilki titulunu qoruyaraq yenidən Berlin çempionu olmasından böyük sevinc hissi duyur”.
Bizim.Media

- A-
- A
- A+
İdman
08:12 / 25.02.2025
Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion oldu - FOTO
Hazırda oxunan: Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion oldu - FOTO
Hazırda oxunan: Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion oldu - FOTO
236390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.