PSV heyətini yeni hücumçu ilə gücləndirib. Eyndhovenlilər “Deportivo”dan ayrılan Lukas Pereslə anlaşıb.
Bizim.Media xəbər verir ki, Niderland klubu La-Korunya təmsilçisindən ayrılan 36 yaşlı forvardı heyətinə azad agent kimi cəlb edib.
Onunla mövsümün sonunadək müqavilə bağlanıb. Peres yeni klubunda 27 nömrəli formanı geyəcək. Ukrayna, İspaniya, İngiltərə, Yunanıstan klublarında çıxış etmiş ispan hücumçu karyerasını doğulduğu şəhərin klubunda bitirmək istəyirdi.
La Liqada la-korunyalıların şərəfini qorumuş Lukas Sequndada doğma “Deportivo”ya 2 mövsüm kömək etsə də, arzusuna çatmadı.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:14 / 25.02.2025
PSV yeni hücumçu transfer etdi
Hazırda oxunan: PSV yeni hücumçu transfer etdi
Hazırda oxunan: PSV yeni hücumçu transfer etdi
236376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.