Azərbaycan millisi Monteneqroya da UDUZDU

Hazırda oxunan: Azərbaycan millisi Monteneqroya da UDUZDU

236347

Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisi bu gün Avro-2025-in 2-ci seçmə mərhələsində son oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, B liqasının 4-cü qrupunda yer alan yığmamız 3-cü turda Monteneqro ilə qarşılaşıb.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda oynanılan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.

Millimiz bundan əvvəl Şimali İrlandiyaya (0:4) və Albaniyaya (0:4) məğlub olub. Komanda hazırda sıfır xalla qrupda sonuncudur.

17:30. Monteneqro U-19 - Azərbaycan U-19 - 2:1

Baş hakim: Roksana Rekorean (Rumıniya)

“House of Football Natural Pitch”, Albaniya.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin