23 fevral 2025-ci il tarixində İOEUG Gimnastika Məktəbinin yetirmələri "Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku"nun final mərhələsində möhtəşəm nəticələr əldə ediblər.
Bizim.Media xəbər verir ki, tamblinq üzrə çıxış edən Adil Hacızadə, yarışda göstərdiyi mükəmməl performansla qızıl medal qazanaraq birinci yerə yüksəlib.
Eyni zamanda, Tofiq Əliyev gümüş medal əldə edərək ikinci yeri tutub. Bu nəticələr tamblinq sahəsində ölkəmizin yüksək nailiyyətlərini bir daha göstərir.
Bundan əlavə, Batut gimnastikası üzrə çıxış edən Selcan Mahsudova və Əli Niftəliyev qarışıq cütlük kateqoriyasında bürünc medal qazanıblar. Onlar sinxron iş bacarıqlarını və ustalıqlarını nümayiş etdirərək, yarışın ən yaxşı üç cütlüyü arasına daxil olublar.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:29 / 24.02.2025
İOEUG Gimnastika Məktəbinin yetirmələrindən Dünya Kubokunda UĞURLU NƏTİCƏ – FOTO
Hazırda oxunan: İOEUG Gimnastika Məktəbinin yetirmələrindən Dünya Kubokunda UĞURLU NƏTİCƏ – FOTO
Hazırda oxunan: İOEUG Gimnastika Məktəbinin yetirmələrindən Dünya Kubokunda UĞURLU NƏTİCƏ – FOTO
236315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.