“Neftçi” bu legioneri göndərəcək

Hazırda oxunan: “Neftçi” bu legioneri göndərəcək

236163

"Neftçi" daha bir neçə legioneri ilə yollarını ayırmaq istəyir.

Bizim.Media xəbər verir ki, gözlənilən performansı göstərə bilməyən Dembo Darbonun "Neftçi"də qalmayacağı gözlənilir. Belə ki, paytaxt təmsilçisi Bassala Sambunun da gəlişindən sonra Darbonun yola salınmasını planlaşdırır.

Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü il avqustun 28-də “Neftçi”yə keçib və onun Bakı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qambiya millisinin hücumçusu karyerası ərzində "Şkupi", "Şaxtyor"(Soliqorsk), "Əl-Nəsr", "Astana", "Ordabası" klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin