Daha bir boksçumuz beynəlxalq turnirin finalına çıxdı

Hazırda oxunan: Daha bir boksçumuz beynəlxalq turnirin finalına çıxdı

236105

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı finala vəsiqə qazanıb.
 

Bilalhəbaşi Nəzərov (51 kq) Andrei Turbureanu (Rumıniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəzərov finalda ukraynalı Maksim Maşevski (Ukrayna) ilə qarşılaşacaq. Abbasqulu Şadlinski (75 kq) isə bürünc medalla kifayətlənib. O, 1/4 finalda biləyindən zədələndiyi üçün Halil Sami (Bolqarıstan) ilə görüşə çıxmayıb.


Beləliklə, Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb. 4 təmsilçimiz isə turniri bürünc medalla bitirib.

Qeyd edək ki, “Drakula Open”də final qarşılaşmaları bu gün keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin