“Qarabağ” “Sabah” oyununda heç-heçə - VİDEO

Hazırda oxunan: “Qarabağ” “Sabah” oyununda heç-heçə - VİDEO

236061

Misli Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü lider “Qarabağ”la “Sabah” arasında keçirilib.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Xatırladaq ki, daha öncə “Neftçi” “Sumqayıt”la ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb. “Araz-Naxçıvan” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 0:0. “Şamaxı” – “Turan Tovuz” və “Zirə” – “Kəpəz” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
24-cü tur
22 fevral
“Qarabağ” – “Sabah” 1:1
Qollar: Abdulla Zubir, 17 – Jesse Sekidika, 35.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 9. Kadi Borges, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 20. Coy Lens Mikels, 3. Con İrasabal, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin