"Real" fikrini DƏYİŞDİ

Hazırda oxunan: "Real" fikrini DƏYİŞDİ

236034

"Real" "Bavariya"nın müdafiəçisi Coşua Kimmixi transfer etmək barədə fikrini dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda "Bild" məlumat yayıb.

Madrid təmsilçisi 30 yaşlı futbolçunu qarşıdan gələn yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırdı. Lakin hazırda klub Kimmixin komanda üçün o qədər də vacib oyunçu olmadığını düşünür.

Coşua ilə “Barselona”, “Liverpul” və “Mançester Siti” kimi top-klublar da maraqlanır. Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Kimmix cari mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyuna çıxb, 1 qol vurub və 12 məhsuldar ötürmə verib. O, 2015/2016 mövsümündən “Bavariya”da çıxış edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin