Qvardiola onu Salahla MÜQAYİSƏ ETDİ

Hazırda oxunan: Qvardiola onu Salahla MÜQAYİSƏ ETDİ

236019

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Ömər Marmuş haqda danışıb.

Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis hücumçusunun "Liverpul"un futbolçusu Mohamed Salahla müqayisəsindən danışıb:

"Salah uzun illərdir ən çətin liqada özünü göstərir. Uzun illərdir bunu edir. İndi isə Marmuş özünü sübut etməyə gəlib. Ömər Almaniyada inanılmaz idi. Burada isə görəcəyik. Onun gələcəyi və oyunu əldə etdiyi səviyyəni bəlli edəcək".

Qeyd edək ki, "Mançester Siti" Ömər Marmuşu ötən ay "Ayntraxt"dan transfer edib. 26 yaşlı misirli futbolçu "şəhərlilər"lə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. O, bu mövsüm 32 oyuna çıxaraq 23 qol vurub və 14 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin