UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada “Benfika” və Fransanın “Monako” klubları arasında keçirilmiş cavab oyununda maraqlı hadisə baş verib.
Bizim.Media xəbər verir ki, matçın gedişində hesab 3:3 olarkən baş hakim Qlenn Nyuberq mübahisəli epizoda baxmaq üçün VAR monitoruna yaxınlaşıb. Bu zaman yerli komandanın azarkeşlərindən biri qonaqların lehinə penalti təyin olunmasının qarşısını almaq üçün əlində tutduğu pulu referinin gözləri qarşısında yelləməyə başlayıb. İsveçli hakim buna əhəmiyyət verməsə də, sonra 11 metrlik cərimə zərbəsi təyin etməyib.
Qeyd edək ki, iki görüşün nəticəsinə əsasən 4:3 hesablı qələbə qazanan “Benfika” 1/8 final mərhələsinə vəsiqə qazanıb. Lissabon təmsilçisi bu raundda İspaniyanın “Barselona” və ya İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:07 / 20.02.2025
Çempionlar Liqasında azarkeş baş hakimə rüşvət TƏKLİF EDİB
Hazırda oxunan: Çempionlar Liqasında azarkeş baş hakimə rüşvət TƏKLİF EDİB
Hazırda oxunan: Çempionlar Liqasında azarkeş baş hakimə rüşvət TƏKLİF EDİB
235632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.