“Real Madrid” “Mançester Siti”ni məğlub edərək 1/8 finala yüksəldi - VİDEO

Hazırda oxunan: “Real Madrid” “Mançester Siti”ni məğlub edərək 1/8 finala yüksəldi - VİDEO

235604

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə keçirilən 4 matçla 1/8 finalın bütün iştirakçıları bəlli olub.

Günün ilk görüşü Almaniyada Dortmund “Borussiya”sı ilə Portuqaliya “Sportinq”i arasında oynanılıb. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan "Borussiya" adını 1/8 finala yazdırıb.

Bu mərhələnin ən prinsipial oyunu İspaniyada keçirilib. “Real Madrid” İngiltərədə 3:2 hesabı ilə qalib gəldiyi “Mançester Siti”ni bu dəfə “Santyaqo Bernabeu” stadionunda qəbul edib. İkinci görüşdə də qələbə (3:1) qazanan "kral klubu" növbəti raunda yüksəlib. Meydan sahiblərinin heyətində hər üç qolu Kilian Mbappe vurub.

Fransa təmsilçilərinin dueli PSJ-nin "Brest" üzərində 7:0 hesablı darmadağını ilə yekunlaşıb. İlk matçda da rəqibini məğlub edən Paris klubu mərhələ adlayan növbəti komanda olub.

Nəhayət, gecənin sensasiyası Niderlandda qeydə alınıb. İtaliyadakı ilk oyunda PSV-ni 2:1 hesabı ilə üstələyən "Yuventus" cavab matçında gözlənilməz nəticə ilə üzləşib. Görüşün əsas vaxtı meydan sahiblərinin üstünlüyü (2:1) ilə baş çatıb. Əlavə vaxtda daha bir qol vuran Eyndhoven təmsilçisi İtaliya nəhəngini turnirdən kənarlaşdırıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

19 fevral

 

21:45. "Borussiya Dortmund" (Almaniya) - "Sportinq" (Portuqaliya) - 0:0

İlk oyun - 3:0

00:00. PSJ (Fransa) – “Brest” (Fransa) - 7:0

İlk oyun - 3:0

00:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1

İlk oyun - 3:2

00:00. PSV (Niderland) - "Yuventus" (İtaliya) - 3:1

İlk oyun - 1:2

 

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, Niderlandın “Feyenoord” və Belçikanın “Brügge” komandaları 1/8 finala vəsiqə qazanıblar. Bu raundun püşkatma mərasimi fevralın 21-də keçiriləcək.

 

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin