Məşqçisinin tənqidi ilə bağlı açıqlama verdi

Hazırda oxunan: Məşqçisinin tənqidi ilə bağlı açıqlama verdi

235595

"Atalanta"nın futbolçusu Ademola Lukman baş məşqçisi Can Pyero Qasperininin tənqidinə reaksiya verib. 

Bizim.Media xəbər verir ki, bu barədə hücumçu öz sosial şəbəkələrində paylaşım edib: 

"Belə bir gündə açıqlama vermək məni üzür. Əsasən də bir komanda və şəhər olaraq nail olduqlarımıza görə.
 

Məni bu şəkildə fərqləndirmək nəinki incidir, həm də dərin hörmətsizlikdir. Ən azı bu kluba və Berqamonun inanılmaz azarkeşlərinə uğur gətirməyə kömək etmək üçün həmişə hər gün qoyduğum böyük zəhmət və öhdəliyimə görə. Düzünü desəm, burada olduğum dövrdə çoxlu çətinliklərlə üzləşmişəm. Bunların böyük hissəsi haqda heç vaxt danışmamışam, çünki, fikrimcə, komanda həmişə qorunmalıdır və birinci yerdə olmalıdır. Bu, ötən gecə yaşananları daha təsiredici edir. 


Möhtəşəm azarkeşlərimiz kimi, biz də dünənki nəticəyə görə məyusuq. Matç zamanı penalti zərbəsini vurmağa təyin olunmuş oyunçu zərbəni mənim yerinə yetirməyimi tapşırdı. Komandaya dəstək olmaq üçün məsuliyyəti öz üzərimə götürdüm və bunu etdim. Həyat çətinliklərdən və ağrıları gücə çevirməkdən ibarətdir. Bunu da etməyə davam edirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin