"Fənərbağça" UEFA Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Anderlext"in qonağı olacaq.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, 6 futbolçu Belçika səfərinə aparılmayıb.
Dominik Livakoviç, Aleksandru Ciku, Çağlar Söyüncü və İsmail Yüksek zədəlidir. Allan Sen-Maksimen xəstəlik səbəbindən kollektivdən ayrı qalıb. Cengiz Ünder isə məşqçilər korpusunun qərarı ilə heyətə daxil edilməyib.
Qeyd edək ki, "Anderlext" - "Fənərbağça" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Türkiyədə keçirilən ilk oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media