Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn sıradan çıxıb. Bu barədeə klubun mətbuat xidməti məlumat yayıb.
İngilis forvard Çempionlar Liqası pley-off mərhələsinin "Seltik"lə cavab matçının (1:1) ilk hissəsində zədələnib. Baldır əzələsindən zədə alan 31 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, Harri Keyn bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 31 rəsmi matçda 29 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media