Bu komanda Azərbaycan çempionatından KƏNARLAŞDIRILDI – RƏSMİ

Hazırda oxunan: Bu komanda Azərbaycan çempionatından KƏNARLAŞDIRILDI – RƏSMİ

235500

12 yaşadək futbolçular arasında Azərbaycan çempionatında çıxış edən Bərdənin “Pambıqçı” komandası yarışdan kənarlaşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

U-12 Liqasında keçirilməli olan “Məhsul” (Zərdab) –“Pambıqçı” (Bərdə) oyununda nominal qonaq komanda təyin edilən vaxtda meydanda olmayıb. Bu üzdən matç baş tutmayıb.

Bərdə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Pambıqçı” yarışlardan kənarlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin