Ançelotti ÇL hakimlərini daha keyfiyyətli SAYIR

Hazırda oxunan: Ançelotti ÇL hakimlərini daha keyfiyyətli SAYIR

235423

"Real"ın baş məşqçisi Karlo Ançelotti avrokuboklarda idarə edən hakimləri İspaniya ilə müqayisədə daha keyfiyyətli hesab edir. 

Bizim.Media AS nəşrinə istinadən xəbər verir ki, o, bununla bağlı sualları cavablandırıb: 

- "Barselona"nın "Rayo Valekano" ilə matçı haqda nə düşünürsünüz? 

- Deyəcək bir şey yoxdur. Mən artıq öz fikrimi bildirmişəm ki, inanılmaz şeylər baş verir. Bu haqda əlavə etməyə bir şey yoxdur. "Osasuna" və "Atletiko" ilə matçlarda olanlar... Üç oyun oldu ki, orda olan qərarlar bizə təsir etdilər. Biz hələ də onları anlaya bilmirik. 

- Avrokuboklardakı hakimliklə daha rahatsınız? 

- Bəli, statistika bunu təsdiqləyir. Avrokuboklarda daha az mübahisələr və VAR tərəfindən daha az müdaxilələr olur. O, ancaq lazım olanda işləyir. Çempionlar Liqasında hər ölkənin ən yaxşı hakimləri oyunları idarə edirlər. Onlar yüksək keyfiyyət göstərirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin