İngiltərəli futbol hakimi Qaret Vikkars yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıqda ittihamla həbs edilib.
Bizim.Media "The Sun"a istinadən xəbər verir ki, hadisə 2021-ci il noyabrın 15-də Londonda baş verib.
46 yaşlı referinin işi üzrə ilk məhkəmə dinləməsi fevralın yeddisində keçirilib və hakim həbs olunub. Növbəti dinləmə martın yeddisində baş tutacaq.
Qeyd edək ki, Q.Vikkars cari mövsümdə İngiltərə çempionatının oyunlarında iştirak etməyib. O, sonuncu dəfə 2024-cü il fevralın üçündə İngiltərənin üçüncü divizionunda "Çarlton" və "Derbi Kaunti" arasında keçirilən matçda fit çalıb. Araşdırma müddətində o, futbol oyunlarında idarəçilikdən kənarlaşdırılıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/18/1739883393_5305792685703031455.jpg)
- A-
- A
- A+
İdman
17:10 / 18.02.2025
Futbol hakimi HƏBS EDİLDİ: Təcavüzdə ittiham edilir
Hazırda oxunan: Futbol hakimi HƏBS EDİLDİ: Təcavüzdə ittiham edilir
Hazırda oxunan: Futbol hakimi HƏBS EDİLDİ: Təcavüzdə ittiham edilir
235365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.