Cüdoçularımız Avropa Kubokunda 10 medal QAZANDILAR

Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunda 10 medal QAZANDILAR

235250

Azərbaycanın yeniyetmə cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanıblar.

Bizim.Media Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan ikisinin əyarı qızıl, ikisi gümüş, altısı isə bürünc olub.

Azərbaycan təmsilçiləri medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Yarışın ikinci günündə Səid Şərifov (73), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc medal əldə edib, Məhəmməd Ağakişiyev (73 kq) isə 7-ci olub.

Qeyd edək ki, turnir fevralın 15-16-da keçirilib. Azərbaycan oğlanlar arasında yarışda 8 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin