Belarusun paytaxtı Minskdə keçirilən 17 yaşadək futbolçular arasında İnkişaf kuboku davam edir.
Bizim.Media xəbər verir ki, bu gün qrup mərhələsinin II turunun matçları keçirilir.
Azərbaycan millisi ikinci oyun günündə İranla qarşılaşıb. Matçın taleyini 1 qol həll edib. 47-ci dəqiqədə fərqlənən Amin Rzayev yığmamıza qələbə qazandırıb.
Bu, ilk turda Rusiyaya 0:3 hesabı ilə uduzan komandamızın ilk qələbəsi olub.
Qeyd edək ki, U-17 turnir çərçivəsində fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığması ilə üz-üzə gələcək.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/17/1739799847_4.jpg)
- A-
- A
- A+
İdman
17:51 / 17.02.2025
Millimiz İranı məğlub ETDİ
Hazırda oxunan: Millimiz İranı məğlub ETDİ
Hazırda oxunan: Millimiz İranı məğlub ETDİ
235199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.