Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 5 medalla başa vurdular

Hazırda oxunan: Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 5 medalla başa vurdular

235044

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirini 5 medalla başa vurublar.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın son günündə mübarizəyə qoşulan milli komandamızın 9 üzvündən yalnız ikisi bürünc mükafat uğrunda qüvvəsini sınayıb.

Əjdər Bağırov (100 kiloqram) Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Niyaz Bilalova, Kənan Nəsibov (+100 kiloqram) isə yaponiyalı Kanta Nakanoya uduzaraq 5-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycan cüdoçularından Zelim Tçkayev (81 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) gümüş, Vüsal Qələndərzadə (73 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Elşən Əsədov (66 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin