"Neftçi" heyətini yeni legionerlə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, Bakı klubunun maraq dairəsinə “Tobol” və Qazaxıstan millisinin sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov daxildir.
Qazaxıstan mətbuatının yazdığına görə, Bakı təmsilçisi yerli kluba sərfəli təklif edib və klub da bununla razılaşıb.
Lakin hələlik futbolçu qərarını verməyib. 25 yaşlı forvard üçün Şotlandiyanın "Harts" klubu da təklif göndərib. Lakin “Tobol” Britaniya klubunun şərtlərindən razı qalmayıb.
Hazırkı klubu ilə müqaviləsi bu ilin oktyabrında başa çatacaq Çesnokov Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və iki dəfə fərqlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:00 / 16.02.2025
“Neftçi” Qazaxıstan klubunun futbolçusu ilə maraqlanır
Hazırda oxunan: “Neftçi” Qazaxıstan klubunun futbolçusu ilə maraqlanır
Hazırda oxunan: “Neftçi” Qazaxıstan klubunun futbolçusu ilə maraqlanır
235021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.