"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

Hazırda oxunan: "Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

234963

Misli Premyer Liqasının XXIII turunda bu gün "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

Bizim.Media xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürəcək.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu 44 xalla 2-ci sıradadır.

Qeyd edək ki, ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin