Azərbaycanlı döyüşçü UFC-də növbəti qələbəsini qazandı - VİDEO

Hazırda oxunan: Azərbaycanlı döyüşçü UFC-də növbəti qələbəsini qazandı - VİDEO

234962

Qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov UFC promouşenində növbəti qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, "UFC Fight Night" 251 turniri fevralın 16-na keçən gecə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib.

Yüngül çəkidə çıxış edən N.Sadıxov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.

Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçüsünün Bonfimin sağ göz nahiyəsinə ayaqla uğurlu zərbə endirməsi olub. Braziliyalı ilk 5-dəqiqəlik raundun sonuna qədər tab gətirə bilib.

Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.

Beləliklə, Nazim Sadıxov UFC-də 10-cu qələbəsini qazanıb.

 

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin