“Neftçi”nin maraqlandığı futbolçu “Beşiktaş”la müqaviləsini UZATDI

Hazırda oxunan: “Neftçi”nin maraqlandığı futbolçu “Beşiktaş”la müqaviləsini UZATDI

234941

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi Mustafa Hekimoğlunun sözləşməsinin müddətini uzadıb. Bu barədə "TRT Spor" məlumat yayıb.

17 yaşlı hücumçu 2028-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.

Mustafa Hekimoğlu "Beşiktaş"ın yetirməsidir. Gənc forvard bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Türkiyə mətbuatı bir müddət əvvəl "Neftçi"nin Mustafa Hekimoğlunu icarəyə götürmək istəməsi ilə bağlı xəbər yaymışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin