"Turan Tovuz"un futbolçusu Anton Kraçkovskiy "Sabah"ın baş məşqçisi Vasili Berezutski haqda danışıb.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı Rusiya mətbuatına açıqlama verib. O deyib:
"Təəssüf ki, Berezutski ilə görüşmək imkanım olmadı. Nə oyundan əvvəl, nə də oyundan sonra (Misli Premyer Liqasının 22-ci turunda "Sabah" - "Turan Tovuz" matçından (2:1) danışır - red.) onu gördüm. Berezutskinin çox güclü məşqçi olmaq imkanı var. O, yüksək səviyyədə oynayıb və ona görə də futbolun necə işlədiyini bilir. Onun böyük gələcəyi var".
Qeyd edək ki, Anton Kraçkovskiy ötən ay Mahaçqala "Dinamo"sundan "Turan Tovuz"a icarə əsasında qoşulub. Onun bölgə təmsilçisi ilə müqaviləsi hazırkı mövsümün sonuna qədərdir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/14/1739480081_5291880320263646231.jpg)
- A-
- A
- A+
İdman
01:08 / 14.02.2025
Azərbaycanda oynayan legioner Beruzutski haqda nə dedi?
Hazırda oxunan: Azərbaycanda oynayan legioner Beruzutski haqda nə dedi?
Hazırda oxunan: Azərbaycanda oynayan legioner Beruzutski haqda nə dedi?
234677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.