Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze II Bundesliqanın 21-ci turunun “Maqdeburq”la oyununda (4:3) meydana çıxmamasından narazı qalan komandanın azərbaycanlı futbolçusu Mahir Emreli ilə növbəti söhbətindən danışıb.
Bizim.Media “Bild”ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Mahirin vacib oyunçu olduğunu bildirib:
"Maqdeburq”la oyun günü Mahir üçün asan olmadı. Ona görə də onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Mahir Emrelinin mənə lazım olduğunu onun özünə dəfələrlə bildirmişəm. Bəzən qərarların onun əleyhinə deyil, başqasının xeyrinə verilməsini Mahirin anlaması vacibdir".
Xatırladaq ki, Emrelinin “Nürnberq”i tərk edərək Cənubi Koreyaya yollanması ehtimalı yüksəkdir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/13/1739453263_5292170243441026672.jpg)
- A-
- A
- A+
İdman
17:46 / 13.02.2025
Kloze: “Mahir anlamalıdır ki...”
Hazırda oxunan: Kloze: “Mahir anlamalıdır ki...”
Hazırda oxunan: Kloze: “Mahir anlamalıdır ki...”
234622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.