Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Öncə çempionatın autsayderləri MOİK və “Gənclər” üz-üzə gəlib.
Hərbçilər çətinlik çəkmədən qələbə qazanıblar. Bu onların mövsümdə 2-ci qalibiyyəti olub. Ardınca “Neftçi” “Xilasedici” ilə qarşılaşıb. Gərgin keçən görüşün qalibi 5 setdə bəlli olub.
"Xilasedici" iki dəfə setlərdə geri düşsə də, əzmkarlıq göstərərk, 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Murov Az Terminal” - “Azərreyl” oyunu ilə yekun vurulacaq.
Yüksək Liqa (kişilər)
X tur
12 fevral
16:00. MOİK - “Gənclər” - 3:1 (25:21, 25:23, 21:25, 25:15)
GİN-in Voleybol Mərkəzi
19:00. “Neftçi” - “Xilasedici” - 2:3 (25:22, 31:33, 29:27, 18:25, 12:15)
GİN-in Voleybol Mərkəzi
1 Murov Az Terminal 9 8 1 25-3 688-515 24
2 Xilasedici 10 8 2 25-10 833-698 23
3 Azərreyl 9 6 3 21-10 732-593 19
4 Neftçi 10 5 5 17-18 763-759 15
5 MOİK 10 2 8 6-27 666-784 2
6 Gənclər 10 0 10 1-30 586-822 1
Rəşad Rafiqoğlu, Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/13/1739393662_1.jpg)
- A-
- A
- A+
İdman
01:00 / 13.02.2025
Yüksək Liqa: “Neftçi” və MOİK qalib gəldi
Hazırda oxunan: Yüksək Liqa: “Neftçi” və MOİK qalib gəldi
Hazırda oxunan: Yüksək Liqa: “Neftçi” və MOİK qalib gəldi
234507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.