Flik onun gedişinə qarşı çıxdı

Hazırda oxunan: Flik onun gedişinə qarşı çıxdı

234505

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçusu Erik Qarsiyanın komandadan gedişinə qarşı çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 
 

İspaniyalı müdafiəçi ötən ay komandasını tərk edə bilərdi. Onun "Komo"ya keçidi bitmək üzrə idi və Kataloniya klubu bu transferdən 7 milyon avro qazanacaqdı. Lakin Flik 24 yaşlı futbolçunun transferini dayandırmaq üçün israr edib. 


Qeyd edək ki, Erik Qarsiya bu mövsüm "Barselona"nın heyətində 22 oyuna çıxaraq 3 qol vurub və 1 qolun ötürməsini edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin