"Qalatasaray" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "AZ Alkmar"ın qonağı olacaq.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi Niderlanddakı oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Davinson Sançes, yarımmüdafiəçi Lukas Torreyra və hücumçu Viktor Osimhen cəzalıdır. Sol cinah müdafiəçisi İsmail Yakobs, vinger Yunus Akgün və hücumçu Mauro İkardi zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "AZ Alkmar" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media