Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar MÜƏYYƏNLƏŞDİ

234469

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub.

Bizim.Media xəbər verir ki, kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də heç-heçə edib. Armageddonda yarışan Rəcəbovla Məmmədovun duelində ikinci qələbə qazanıb.

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub 1,5:0,5.

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib 1,5:0,5.
 

Beləliklə, sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.


Oyunlar saat 15-00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin