DİQQƏT! Sabah bu rayonda qaz olmayacaq

Hazırda oxunan: DİQQƏT! Sabah bu rayonda qaz olmayacaq

234438

Sabah İmişli rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (qeyri-əhali abonenti-16 ədəd, ümumi 4 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatında yaranacaq məhdudiyyət "İmişli 1" ölçü qovşağından qidalanan diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin