“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

Hazırda oxunan: “Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

234409

İspaniyanın “Barselona” klubu hücumçu Robert Levandovski ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.

Bizim.Media “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub 36 yaşlı ön xətt oyunçusu ilə müqavilə müddətini daha bir il uzatmaq yönündə anlaşıb.

Səudiyyə Ərəbistanı klublarından birinin futbolçuya ildə 100 milyon avroluq müqavilə təklif etməsinə baxmayaraq, onun “Barselona”dan getmək istəmədiyi bildirilib.

Qeyd edək ki, R.Levandovski hazırda La Liqada 19 qolla bombardirlər siyahısına başçılıq edir.

O, 2022-ci ildə “Bavariya”dan Kataloniya təmsilçisinə transfer olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin