Çempionlar Liqası: “Bavariya” “Seltik”in qonağı olacaq

Hazırda oxunan: Çempionlar Liqası: “Bavariya” “Seltik”in qonağı olacaq

234356

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə də 4 qarşılaşma keçiriləcək.

Əvvəlcə Belçikada “Brügge” və İtaliyanın “Atalanta” klubları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Digər üç oyun isə saat 00:00-da start götürəcək. Almaniya “Bavariya”sı Şotlandiyada “Seltik”in, İtaliya “Milan”ı Niderlandda “Feyenoord”un, Portuqaliya “Benfika”sı isə Fransada “Monako”nun qonağı olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları fevralın 18-19-da təşkil ediləcək. Bu raundun ilk 4 oyunu ötən gün keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin