“Yuventus” “Mançester Yunayted”in futbolçusunu İSTƏYİR

Hazırda oxunan: “Yuventus” “Mançester Yunayted”in futbolçusunu İSTƏYİR

234295

"Mançester Yunayted"in hücumçusu Rasmus Hyöylunn İtaliya A Seriyasına qayıda bilər. 

Bizim.Media xəbər verir ki, "Yuventus" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted" Hyöylunnu satmağın əleyhinə deyil. Premyer Liqa nəhəngi 22 yaşlı forvard üçün 40 milyon funt-sterlinq tələb edir.

Qeyed edək ki, "Mançester Yunayted" Rasmus Hyöylunnu 2023-cü ilin yayında "Atalanta"dan transfer edib. Danimarka millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin