“İçərişəhər yaxınlığında ensiz hissə bu trasın vizit kartıdır.” - Deyv Robson

Hazırda oxunan: “İçərişəhər yaxınlığında ensiz hissə bu trasın vizit kartıdır.” - Deyv Robson

23422

Formula 1 çempionatının “Williams” komandasının pilotları Corc Rassel və Nikolas Latifi Bakı şəhər halqasında keçiriləcək mürəkkəb mərhələyə hazırlaşırlar. Komanda qarşıdakı yürüşün Monako ilə müqayisədə hadisələrlə daha zəngin olacağına ümid edir.

Bizim.Media xəbər verir ki, komandanın baş mühəndisi Deyv Robson bu barədə deyib: “2019-cu ildən bəri ilk dəfə Bakı küçələrinə qayıtmaq xoşdur.

Bu trasda pilotlar da, mühəndislər də bolidin sazlanması ilə bağlı unikal məsələlər həll edirlər.

Bundan başqa, burada uzun məsafəli düz yol və ötmə əməliyyatını yerinə yetirmək üçün imkanlar var. İçərişəhər yaxınlığında ensiz hissə, necə deyərlər, bu trasın vizit kartıdır. Bununla belə, hər sektorun öz xüsusiyyətləri var. Yolun konfiqurasiyası bütün 6 kilometrlik distansiyanın boyunca bolidin daha effektli olması üçün onun sazlanması üzrə işləri mürəkkəbləşdirir”.

Corc Rassel də qarşıdakı mərhələ barədə fikirlərini bölüşüb:

“Bakıda çıxışımı səbirsizliklə gözləyirəm. Bu, daha bir şəhər halqasıdır, lakin onun keçilməsi dinamikası Monakodakından fərqlənir. Bakıda yüksək sürətlərdən tormozlama nöqtələri çoxdur. Lakin divarlara yaxın yerləşdiyindən döngələrdə irəli keçmək çox çətindir. İçərişəhər yaxınlığındakı seksiyanı yada salmamaq mümkün deyil, Formula 1 çempionatının təqvimində ən ensiz döngə həmin hissədə yerləşir. Bu döngədə vaxtı həm qazanmaq, həm də itirmək mümkündür. Bakı ilə məni qarışıq hisslər bağlayır. Bir tərəfdən mənim üçün sevimli trasdır, digər tərəfdən də burada çox vaxt bəxtim gətirməyib. Hər halda bu mərhələni səbirsizliklə gözləyirəm. Görək, necə olacaq”.

Nikolas Latifi də fikirlərini bölüşüb:

“Bizi ardıcıl olaraq, ikinci şəhər halqasının gözlədiyini nəzərə alsaq, mən mübarizəni davam etdirməyə şadam. Maraqlı olacaq. Monakoda mən Formula 1 çempionatında şəhər halqasında ilk çıxış təcrübəsi qazandım. Belə ki, indi Bakıda çıxış üçün fürsət gözləyirəm. Bakıda Formula 2 çempionatında mənim podiumlarım olub. Lakin indi bu trası Formula 1 sükanı arxasında dəyərləndirmək istəyirəm. Əminəm ki, bu, asan olmayacaq. Burada bir neçə uzun məsafəli düz yol var və ümidvaram ki, yürüş Monako ilə müqayisədə daha maraqlı alınacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin