"Feyenoord" baş məşqçi Brian Priske ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rotterdan klubundan məlumat verilib.
Danimarkalı mütəxəssis ötən ilin yayında baş məşqçi vəzifəsinə təyin olunmuşdu. Priske ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Uğursuz nəticələr və komandanın oyunundan narazılıq yarandığı üçün belə addım atıldığı bildirilib.
Qeyd edək ki, "Feyenoord" fevralın 8-də Niderland çempionatında "Sparta"ya 3:0 hesabı ilə qalib gəlib.
Rotterdamlılar iki gün sonra Çempionlar Liqasının pley-offunda "Milan"la qarşılaşacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media